Xilasedicilər toxunmasınlar deyə qızının boğulmasına razı oldu- - Şok hadisə

xilasediciler-toxunmasinlar-deye-qizinin-bogulmasina-razi-oldu-
Oxunma sayı: 1279


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə haqda mətbuata açılama verən polkovnik Əhməd Burqibah baş verənlərin karyerasında ən narahatedici hadisələrdən biri olduğunu söyləyib:

"Bir immiqrant sahildə həyat yoldaşı və uşaqları ilə birlikdə dincəlirdi. Ailənin 20 yaşlı qızı üzmək istədi, amma onu axıntı apardı və çırpınmağa başladı. Qışqırıqları eşidən iki xilasedici köməyə qaçdı. O əsnada qızın atası yad adamların qızına toxunmasına icazə verməyəcəyini və yad kişinin toxunmasındansa, qızının ölməsini üstün tutduğunu söyləyərək xilasedicilərə maneə törədib. Kişi uzunboy və güclü idi. İki xilasedici çətinliklə də olsa, dənizə girib qızı sudan çıxarıb. Lakin talehsiz qız artıq ölmüşdü”.


Qeyd edək ki, Dubay polisi asiyalı olduğu bildirilən kişini həbs edib. 

Könül

“Qafqazinfo”