Xilasedicilərimiz axtarış əməliyyatlarına başladı - Video

xilasedicilerimiz-axtaris-emeliyyatlarina-basladi
Oxunma sayı: 3276

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

***

AZTV-nin məlumatına görə, azərbaycanlı xilasedicilər dağıntılar altından 1 nəfəri sağ, 6 nəfərin isə meyitini çıxarıb.