“Xilasedicilərimiz Türkiyədə 53 nəfəri dağıntılar altından sağ çıxarıb” - Etibar Mirzəyev

xilasedicilerimiz-turkiyede-53-neferi-dagintilar-altindan-sag-cixarib
Oxunma sayı: 1203

Bizim çevik xilasetmə qüvvələri tərəfindən Türkiyədə zəlzələ bölgəsində 17-si uşaq olmaqla, 53 canlı insan dağıntılar altından sağ çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, 788 nəfərin isə cəsədləri aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib.