Xilasedicilərimiz Türkiyədə - Video

xilasedicilerimiz-turkiyede
Oxunma sayı: 5236

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək azərbaycanlı xilasedicilər qardaş ölkəyə çatıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.