Xilasedicilərimizin bir qismi Azərbaycana qayıdır - Video

xilasedicilerimizin-bir-qismi-azerbaycana-qayidir
Oxunma sayı: 1993

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bir hissəsi Azərbaycana qayıdır.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən ( FHN) məlumat verilib.

Bildirilib ki, xilasedicilərimizin bir qisminin bu gün Azərbaycana qayıdacağı gözlənilir.

Rəsmi məlumata görə, bu barədə daha sonra ətraflı məlumat veriləcək.

“Haber Turk”ün verdiyi xəbərə görə, fevralın 6-da baş zəlzələlərdən sonra Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşa göndərilən 760 xilasedicisindən 238-i Azərbaycana yola salınıb.

***

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə Adana hava limanından Bakıya yola düşüb.

Bu barədə “Qafqazinfo”ya FHN-dən bildirilib.

Qüvvələri hava limanından Adana valisi Süleyman Elban, Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Mersin vilayəti Fövqəladə Halların İdarə olunması Bölməsinin rəhbəri Cenk Yıldız, fövqəladə və səlahiyyətli səfirlər Murat Salim Esenli və Ayşe Saraç və Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəhbəri Hatice Tugba İkizler yola salıblar.

Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin qardaş ölkədəki dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirdiklərini qeyd edərək, onların hər birinin bir qəhrəman olduğunu bildiriblər.

Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.