XİN başçısı ABŞ-ın yeni səfirini qəbul edib

xin-bascisi-abs-in-yeni-sefirini-qebul-edib
Oxunma sayı: 690

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqeri qəbul edib. 

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji layihələri, ələlxüsus Cənub Qaz dəhlizi layihəsi haqda məlumat verdi və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib. 

Səfir E.Litzenberq Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək, ABŞ bu layihələrə dəstəyini bəyan edib. Səfir habelə Azərbaycanın terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.