XİN başçısı Berdiməhəmmədovla görüşüb

xin-bascisi-berdimehemmedovla-gorusub
Oxunma sayı: 906

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfər çərçivəsində prezident  Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Görüşdə Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub. 

Nazir Elmar Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb.