XİN başsağlığı verdi

xin-bassagligi-verdi
Oxunma sayı: 3690

Azərbaycan Xarici İşlər Nazirliyi Şərqi Yerusəlimdə baş verən hücumla bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir,  yaralananların tezliklə sağalmasını diləyirik”.

Qeyd edək ki, Şərqi Yerusəlimdə bir şəxsin avtomobilini avtobus dayanacağına çırpması nəticəsində 2 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.