XİN-də diplomatik xidmətə qəbul olunmaq istəyənlərin nəzərinə!

xin-de-diplomatik-xidmete-qebul-olunmaq-isteyenlerin-nezerine
Oxunma sayı: 2381

Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə test imtahanı yanvarın 23-də keçiriləcək. 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında  23 dekabr saat 10:00-dan 12 yanvar saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, DİM tərəfindən dekabrın 26-da xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 8 dekabr saat 10:00-dan 19 dekabr saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq. 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər:

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan