XİN-də işə qəbulun müsahibə mərhələsinin vaxtı açıqlandı

xin-de-ise-qebulun-musahibe-merhelesinin-vaxti-aciqlandi
Oxunma sayı: 1873

Xarici İşlər Nazirliyi diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.

"Qafqazinfo"nun məlumatına görə müraciətdə deyilir ki, 2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində XİN-də görüşün keçirilməsi nəzərdə tutulub.

İştirakla bağlı əlavə məlumat namizədlərin Şəxsi Kabinetlərində yerləşdirilib. 

Müsahibə mərhələsinin cari ilin mart ayının sonu - aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur.