XİN-dən Aİ səfirinə cavab

xin-den-ai-sefirine-cavab
Oxunma sayı: 2503

Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir.

"Qafqazinfo" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Ittifaqının Ermənistandakı səfiri Andrea Viktorin tərəfindən səsləndirilmiş fikirlərə dair suala cavabında deyib.

"Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.

Azərbaycan tərəfinin erməni sakinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenliyimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır", - Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, mayın 15-də Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin mətbuat konfransı zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlamasına istinadən bildirib ki, “Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunmalıdır” və bu məqsədlə “beynəlxalq mexanizm” yaradılmalıdır.