XİN-dən amerikalı jurnalistə - - İcazə

xin-den-amerikali-jurnaliste-
Oxunma sayı: 1243


XİN mətbuat xidmətindən”Qafqazinfo”ya daxil olan xəbərə görə, mətbuat xidmətinin rəhbəri Nyu-York Times tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verildiyini qeyd edib: “Azərbaycan ərazisinə daxil olmaq üçün Nyu-York Times əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan xarici işlər nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib”.