“Qafqazinfo” xəbər verir ki, bu barədə virtualaz.orq saytı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi İslam Konfransı Təşkilatına səfirin artıq geri çağırılması barədə məktub göndərib.
Saytın yazdığına səfirin anti-hakimiyyət statuslarını dəstəkləyən XİN-in üç əməkdaşı da işindən azad edilib.
Xatırladaq ki, Arif Məmmədov facebook statusunda Binəqədidə baş vermiş məlum yanğın hadisəsinə görə məmurları pisləyən bəyanat yaymışdı. Daha sonra müxtəlif KİV-də səfir səsləndirdiyi fikirlərə görə ittiham obyektinə çevrilmişdi.
Son xəbərlər
Son Xəbərlər