XİN-dən “Dağlıq Qarabağ xalqı” - - Açıqlaması

xin-den-dagliq-qarabag-xalqi-
Oxunma sayı: 1071


“Qafqazinfo” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in MQ həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunan Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarını Trend-ə şərh edərkən söyləyib.

“Ümumiyyətlə, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir”,- deyə nazirlik rəsmisi bildirib.