XİN-dən dünənki üzvlüklə bağlı açıqlama

xin-den-dunenki-uzvlukle-bagli-aciqlama
Oxunma sayı: 3818

“BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan indiyədək bir dəfə - 2003-2005 və 2017-2019-cu illərdə ECOSOC-un üzvü olub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın 148 ölkənin səs çoxluğu ilə ECOSOC-un 2025-2027-ci illər üzrə üzvlüyünə seçilməsinə dair yaydığı məlumatda deyilir. 

Bildirilir ki, 54 üzvü olan ECOSOC BMT-nin əsas orqanlarından biridir və BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir: 

“BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir. Azərbaycana bu seçkilərdə dəstək verən hər bir ölkəyə təşəkkür edirik. 

Azərbaycan Respublikası Şuraya üzvlüyü zamanı hər zaman olduğu kimi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək”.