XİN-dən Fransaya - Xəbərdarlıq

xin-den-fransaya
Oxunma sayı: 5051

Xəbər verdiyimiz kimi, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında söylədiklərini şərh edib.

“Qafqazinfo”nun məlumatına görə, XİN rəsmisi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfərlərlə bağlı xəbərdarlıq da edib.

“Vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımi addımları atacaq”, - Leyla Abduılayeva bildirib.