XİN-dən Herbert Salberin İrəvana səfərinə - - Reaksiya

xin-den-herbert-salberin-irevana-seferine-
Oxunma sayı: 1057


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, bu görüş barəsində Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olub və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar:

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib.

Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır. 

Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər”.