Məkkədə dünən baş verən dəhşətli hadisə ilə bağlı Xarici İşlər Nazirliyi də məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Məkkədə baş vermiş insidentdə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır.
Qeyd edək ki, Məkkədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Hadisəyə səbəb 30 dəqiqə yağan güclü yağış və əsən külək olub.
Faciədə ölənlərin sayı 87-yə çatıb. 200-dən çox yaralı var.
Son xəbərlər
Son Xəbərlər