“Qafqazinfo” xəbər verir ki, bunu Aktual.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində növbəti qanunsuz beynəlxalq konfransın baş tutmasına dair yayılmış məlumatları şərh edərkən deyib. XİN rəsmisi deyib ki, qeyd etdiyimiz şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri təsdiqlənərsə, həmin şəxslərə dair Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirəcək: "Məsələ araşdırılandan sonra öz hüquqi qiymətini alacaq".
Xatırladaq ki, Xankəndi şəhərində “Boloniya prosesi çərçivəsində diskriminasiyasız təhsil” adlı konfrans keçirilib.
Konfransın işində Ermənistan, Böyük Britaniya, Fransa, ABŞ, Basklar ölkəsi (İspaniya) və tanınmamış “Dnestryanı respublika”dan alimlər və pedaqoqlar iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər