Dünyanın 30-a yaxın tanınmış KİV- nümayəndəsi Azərbaycan-Ermənistan cəbhə xəttindəki situasiya ilə tanış olmaq üçün yola düşüb.
Səfərin təşəbüskarı Azərbaycan Xarici İşlər Nazirliyidir. XİN-in mətbuat katibi Hikmət Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda jurnalistlər yoldadırlar. Onlar arasında “Əl-Cəzirə”, “Associated Press”, “Reuters”, "France-Presse” kimi nüfuzlu media nümayəndələri, həmçinin Çin, İran, Rusiyadan olan jurnalistlər olacaq.
Jurnalistlər Füzuli-Ağdam-Tərtər istiqamətində cəbhə xəttində olacaqlar. Səfərdə əsas məqsəd dünya ictimaiyyətinə real situasiyanı çatdırmaqdır.
Son xəbərlər
Son Xəbərlər