XİN əməkdaşları cəbhə bölgəsinə səfər ediblər

xin-emekdaslari-cebhe-bolgesine-sefer-edibler
Oxunma sayı: 1360

9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə XİN-nin 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyətlə tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa-150 abidəsinə baş çəkdilər.

Daha sonra XİN əməkdaşları ön xəttə gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər. Müdafiə nazirliyinin ərazidə yerləşən N saylı hərbi hissəsinə baş çəkib əsgərlərlə birlikdə yemək yeyiblər.