Moskvada Xarici işlər Nazirliyinin binasında kişi meyiti tapılıb.
“Qafqazinfo” “Qovorit Moskva” radiostansiyasına istinadən xəbər verir ki, ölən şəxs nazirliyin əməkdaşı, 68 yaşlı Oleq Krivovdur.
Onun cəsədi binanın 19-cu mərtəbəsində tualetdə aşkarlanıb.
İlkin məlumata görə, O. Krivov ürəktutması nəticəsində dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər