XİN-in mətbuat katibi BDU-da

xin-in-metbuat-katibi-bdu-da
Oxunma sayı: 990


“Qafqazinfo”ya daxil olan məlumata görə, tələbələrlə ünsiyyətdə olmaqdan məmnunluğunu və bu baxımdan görüşə həvəslə qatıldığını bildirən Hikmət Hacıyev Azərbayan və Qərb jurnalistikasından, ənənəvi və yeni medianın üstünlükləri və fərqliliklərindən danışaraq, əsas ağırlığı diplomatiya və jurnalistikanın üzərinə yönəldib. Diplomatiya və jurnalistikadan söz açan mətbuat xidməti rəhbəri qeyd edib ki, bunların hər ikisinin əsas məqsədi informasiyadır. Bəzən isə sadəcə informasiyaya malik olmaq yetərli deyil, həmin informasiyanı təhlil etmək bacarığına malik analitiklər lazımdır.  Jurnalistlərin daha sərbəst olmasına diqqət çəkən XİN sözçüsü bildirib ki, onlar aldığı informasiyanı emal edir, diplomat isə özündə saxlayır. Diplomatların jurnalistlərdən öyrəndiyini deyən Hikmət Hacıyevin sözlərinə görə, diplomatik korpus işçilərinin işi informasiya almaq, məlumat toplamaqdır.