XİN İtaliyaya başsağlığı verdi

xin-italiyaya-bassagligi-verdi
Oxunma sayı: 1435

Azərbaycan Xarici İşlər Nazirliyi İtaliyaya başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, XİN-in tviter hesabında edilən paylaşımda deyilir:

“İtaliyanın Emilia-Romagna bölgəsində baş verən təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dualarımız itkin düşənlərlədir və yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, Emilia-Romagna bölgəsində daşqınlar nəticəsində 14 nəfər həlak olub.