XİN Küveytə başsağlığı verdi

xin-kuveyte-bassagligi-verdi
Oxunma sayı: 2305

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

“Küveytin Manqaf şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt dövlətinin yanındadır”.

Qeyd edək ki, ötən gün Manqaf şəhərində işçilərin yaşadığı binada güclü yanğın baş verib. Hadisə zamanı azı 41 nəfər ölüb.