XİN rəhbəri ATƏT-in iclasında mina xəritələrindən danışdı

xin-rehberi-atet-in-iclasinda-mina-xeritelerinden-danisdi
Oxunma sayı: 1369

“Ermənistan hələ də bütün minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu, işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı reabilitasiya və yenidənqurma prosesini ləngidir, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına ciddi maneə yaradır:

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından indiyədək minaların partlaması nəticəsində 180 Azərbaycan vətəndaşı, o cümlədən 71 mülki şəxs, onların arasında jurnalistlər və digər media işçiləri həlak olub və ya ağır yaralanıb.

Ermənistana, beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun olaraq bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmək üçün əlavə təzyiq göstərilməlidir.

Ermənistan, həmçinin 1990-cı illərin əvvəllərində baş vermiş silahlı hərbi əməliyyatlar zamanı itkin düşən 4000-ə yaxın azərbaycanlının yerinin müəyyən edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. Bu, keçmiş münaqişənin yaralarını sağaltmaq üçün vacibdir”.