“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, muzeyin direktoru Leyla Əliyeva qurumun fəaliyyəti barədə nazirə məlumat verib.
Bildirilib ki, dahi mütəfəkkir M.F.Axundzadənin inşa etdirdiyi və həyatının sonuna kimi yaşadığı bu ev 1982-ci ildən muzey kimi fəaliyyət göstərir. Böyük ədibin 200 illik yubileyi ərəfəsində muzey əsaslı təmir olunub. Muzeyin altı zalı var və bu zallardan biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Zallardan birində musiqi otağı fəaliyyət göstərir və burada Azərbaycan musiqi alətləri var. Digər zallarda M.F.Axundzadənin həyat və yaradıcılığını, iş və qonaq otaqlarını əks etdirən eksponatlar saxlanılır.
Son xəbərlər
Son Xəbərlər