XİN rəhbəri Blinkenlə sərhəd məsələsini müzakirə etdi

xin-rehberi-blinkenle-serhed-meselesini-muzakire-etdi
Oxunma sayı: 1697

Xəbər verdiyimiz kimi, bu gün xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.