XİN rəhbərləri Bakıya gəlir

xin-rehberleri-bakiya-gelir
Oxunma sayı: 813

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda bir sıra ölkələrin xarici işlər nazirləri iştirak edəcək.

"Qafqazinfo"nun məlumatına görə, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

Forumda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.

Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.