“Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında danışıqlar gələn həftə keçiriləcək”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan nümayəndə heyəti sözügedən görüşə münasibətlərin nizamlanması və tezliklə sülh sazişinin imzalanması əhval-ruhiyyəsində yollanacaq.
Xatırladaq ki, daha əvvəl Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun iyunun 12-də başlayacağını bildirmişdi. Görüş daha sonradan təxirə salınıb.
Son xəbərlər
Son Xəbərlər