XİN Rusiyanın Life News telekanalına etiraz etdi

xin-rusiyanin-life-news-telekanalina-etiraz-etdi
Oxunma sayı: 3159

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Life News telekanalına Tərtərdən reportaj zamanı yol verdikləri təxribata görə kəskin etirazını bildirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gün.Az-a XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, adıçəkilən telekanal Tərtərdən reportaj verərkən Azərbaycan vətəndaşının azərbaycanda dediklərinin tam tərsini rus dilinə tərcümə edərək verib.

H.Hacıyev bildirib ki, etirazdan sonra Rusiya telekanalının nümayəndələri iradları qəbul edərək, bundan sonrakı reportajlarında obyektiv mövqe tutacaqlarına və Azərbaycanda xarici KİV-lər üçün nəzərdə tutulmuş iş qaydaları və prinsiplərinə əməl edəcəklərinə söz veriblər.