XİN səfirlərə iftar verdi - - Foto

xin-sefirlere-iftar-verdi-
Oxunma sayı: 1181


XIN mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, Xələf Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafina əhəmiyyət verdiyini qeyd edib. Ölkələrimiz arasinda ikitərəfli və çoxtərəfli müstəvidə  siyasi, iqtisadi və mədəni sahədə əməkdaslığın gündən-günə dərinləşdiyini vurgulayıb.

Xələf Xələfov Azərbaycan ilə İslam Əməkdaslıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkisaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.

Görüsdə Ermənistan-Azərbaycan Dagliq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam əməkdasliq Təşkilatının dəfələrlə münaqişə ilə baglı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurgulayaraq, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təsəkkürünü bildirib.

O,  müsəlman ölkələrinin Azərbaycandaki səfirlərinə fəaliyyətlərində ugurlar arzu edərək, müqəddəs ayda xalqlarina və hökümətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək  həmkarları adından təşəkkürünü bildirib.