Xınalığa leysan yağıb - Faktiki hava

xinaliga-leysan-yagib
Oxunma sayı: 1837

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.

Qudyal çayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda,Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.