Xınalıq bərpa olunur

Xınalıq bərpa olunur
Oxunma sayı: 300

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun “Qafqazinfo”ya verdiyi məlumata görə, kompleks görülən işlərdə məqsəd kəndin tarixi görkəmini qoruyub saxlamaqdır. Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev isə deyib ki, bugünədək qəza vəziyyətində olan 85-ə yaxın evdə təmir-bərpa işi başa çatdırılıb. Onun sözlərinə görə, Xınalığa müasir tələblərə uyğun yol çəkildikdən sonra kənd sakinləri öz evlərini müxtəlif üsullarla fərdi şəkildə təmir etməyə başlayıblar. Bu da kəndin unikal tarixi görkəminin itməsi ilə nəticələnə bilərdi. Mədəniyyət və Turizm Nazirliyi vəziyyətin ciddiliyini nəzərə alaraq xüsusi komissiya yaradıb, Xınalıqdakı təmirə ehtiyacı olan evlərin tarixi görkəmini saxlayaraq bərpa olunması üçün zəruri addımlar atıb. Kənddəki qəza vəziyyətində olan Cümə məscidinin bərpası üçün “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən layihə hazırlanıb. Təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatacağı bildirilir. Xınalıq kəndində həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kəşfiyyat tipli arxeoloji qazıntı işləri aparılır.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi