Xınalıq yolunda qar uçqunu olub - Yenilənib

xinaliq-yolunda-qar-ucqunu-olub
Oxunma sayı: 1293

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

***

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Quba rayonu, Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində gecə saatlarında baş vermiş qar uçqunu təmizlənib. 

Hazırda sözügedən yol ilə nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.