“Qafqazinfo” xəbər verir ki, Bu sözləri AZƏRTAC-a müsahibəsində dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Quba rayonunun Xınalıq kəndinin icra nümayəndəsi Füzuli Şərifov söyləyib. O qeyd edib ki, Xınalıqda cığırları, tarix və təbiət abidələrini tanıyan, nəqliyyat xidməti təklif edən bələdçilər var. Bu bələdçilər turistlərə Xınalıqdan Şahdağ yaylağına, Qusar rayonun Laza kəndinə, ətrafdakı dağlara və yaylaqlara səyahət etməkdə kömək edirlər.
Füzuli Şərifov bildirib ki, turistlər Xınalıq Tarix-Etnoqrafiya Muzeyində qədim arxeoloji və etnoqrafik eksponatlarla - kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələrlə tanış ola bilərlər.
Son xəbərlər
Son Xəbərlər