"Qafqazinfo"ya Qaradağ rayon Polis İdarəsindən daxil olan məlumata görə, Hacıqabul rayon sakinləri, 46 yaşlı Qasım Bağırov və onun qardaşı 27 yaşlı Eyvaz Bağırov saxlanılıb və istintaq onların xeyli sayda cinayətini sübuta yetirib.
Məlum olub ki, saxlanılan şəxslər Qaradağ rayonu ərazisində taksilərə müştəri kimi əyləşərək ticarət obyektlərinin qarşısında düşüblər. Onlar sürücülərə bildiriblər ki, üstlərində xırda pul yoxdur, mağazadan alış veriş edib çıxdıqdan sonra gediş haqqını ödəyəcəklər. Bağırov qardaşları bu azmış kimi, hətta taksi sürücülərindən borc pul da alaraq hadisə yerindən uzaqlaşıblar. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər bu yolla 10-a yaxın taksi sürücüsünü aldadıb və onların külli miqdarda pullarını mənimsəyiblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş digər vətəndaşlardan Qaradağ rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər