Xırdalan dairəsindəki tunel bağlandı

xirdalan-dairesindeki-tunel-baglandi
Oxunma sayı: 1307


“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Xırdalan dairəsindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir işləri ilə əlaqədar şənbədən bazar gününə keçən gecə nəqliyyatın hərəkəti üçün qısa müddətlik bağlanacaq. Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri ancaq bazar günü həyata keçiriləcək və tunelin bu hissəsi bazar ertəsi günü səhərin erkən saatlarında nəqliyyat vasitələri üçün tam açılacaq. 

Qeyd edək ki, tunelin digər hərəkət hissəsində təmir işləri isə növbəti istirahət günü həyata keçiriləcək.