Xırdalan sakinini şantaj edən qardaşlar saxlanıldı

Xırdalan sakinini şantaj edən qardaşlar saxlanıldı
Oxunma sayı: 1579

Abşeronda dələduzluqla məşğul olan qardaşlar həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Məmmədov Bəhruz Şahin oğlu və qardaşı Məmmədov İbrahim Şahin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin iyul ayından 2020-ci ilin mart ayının sonuna kimi Abşeron rayonu, Xırdalan şəhərində yaşayan M. Ü. haqqında rüsvayedici məlumatların yayılması ilə hədələyərək ondan 810 manat pul alıb. 

Qardaşlar mayın 19-da şübhəli şəxs qismində həbs olunub.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi