Xırdalan və Masazırda işıq olmayacaq

xirdalan-ve-masazirda-isiq-olmayacaq
Oxunma sayı: 2562

Gecə saatlarında Masazır qəsəbəsində yerləşən Əliağa Vahid yarımstansiyasında təftişlə əlaqədar Xırdalan şəhərinin bir hissəsi və Masazır qəsəbəsində elektrik enerjisi təchizatında qısamüddətli fasilə (saat 01:30-dan 02:00-a qədər) yaranacaq.

Bu barədə “Qafqazinfo”ya “Azərişıq” ASC-nin mətbuat xiddmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.