Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib - Foto

xirdalanda-6-sehidin-xatiresine-bulaq-kompleksi-tikilib
Oxunma sayı: 1856

Xırdalan şəhərinin 27-ci məhəlləsində, 17 saylı binanın həyətində Vətən Müharibəsində şəhid olan 6 igidimizin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa olunub. 

Əraziyə baxış keçirən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirib ki, kompleks eyni məhəllədə böyüyən və ya müəyyən müddətdə orada yaşayan 6 abşeronlu qəhrəmanın xatirəsinə ucaldılıb. Qeyd edilib ki, ərazidə Abad Məhəllə yaradılıb, 2 söhbətgah quraşdırılıb, mini-park salınıb, həmişəyaşıl gül kolları və müxtəlif növ ağaclar əkilib. Binanın həyəti asfaltlanıb, ərazi abadlaşdırılıb.

Daha sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb: “Azərbaycan igidləri öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəliblər. Azərbaycan ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində vətənimiz öz bütövlüyünə qovuşub”.

Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər. Sonda şəhidlərimizin ruhuna dualar oxunub.