Xırdalanda 4 mərtəbəli bina uçub.
“Qafqazinfo” nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış Mehdi Hüseynzadə küçəsi , 26-cı məhəllədə olub. Uçqun nəticəsində dörd mərtəbəli binanın üçüncü mərtəbəsi birinci və ikinci mərtəblərin üzərinə aşıb. Nəticədə 7-yə yaxın insan yaralanıb. Beş nəfərə yaxın adamın isə hələ də uçqun altında qaldığı deyilir.
***
Binanın altında qalanlardan birinin qadın olduğu deyilir.
***
Qeyd edək bina yarımtikili adlanır. Həmin ərazidə qaçqınlar yaşayır. Hazırda Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov da hadisə yerindədir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları uçqun altında qalan digər şəxslərin çıxarılmasına çalışırlar.
***
İlkin ehtimallara görə bina qaz sızması nəticəsində uçub.
***
Azəriqaz rəhbərliyi də hazırda hadisə yerindədir.
***
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və baş prokurorun birinci müavini Rüstəm Usubov da hadisə yerindədir.

Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər