Xırdalanda binanın şaxtasında tüstülənmə olub - Yenilənib+Foto

xirdalanda-binanin-saxtasinda-tustulenme-olub
Oxunma sayı: 2972

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

"Qafqazinfo" Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində baş verib.

Belə ki, kompleksdəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq partlayışa səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.

Partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat verilməyib.

***

APA xəbər verir ki, Xırdalan şəhərində yerləşən binalardan birində liftin şaxtasında tüstülənmə baş verib. Hadisə binanın qarajındakı elektrik lövhəsindən başlayıb.

Təhlükəsizlik məqsədi ilə binaya verilən elektirik enerjisi dayandırılsa da artıq binaya verilən gərginlik bərpa olunub.