Xırdalanda yanğın hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, insident şəhərin “AAAF Park” yaşayış kompleksinin 26-cı küçəsinin ikinci binasında mənzillərdən birinin eyvanında qeydə alınıb.
Hadisəyə səbəb qaz balonunun partlaması olub.
Xoşbəxtlikdən yanğın zamanı mənzildə heç kim olmayıb.
Yanğın qısa zaman ərzində söndürülüb.