Xırdalanda gənc alimlərlə görüş keçirildi

xirdalanda-genc-alimlerle-gorus-kecirildi
Oxunma sayı: 1296

Bu gün AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin bir qrup üzvü Abşeron rayonun Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvlərilə görüşüblər.

"Qafqazinfo" xəbər verir ki, Xırdalan şəhər Heydər Əliyev mərkəzində baş tutan görüşün əsas məqsədlərini AMEA-da elm sahəsində aparılan islahatlar, həmçinin gənclərlə bağlı siyasətin əsas prioritetləri, elm və təhsilin inteqrasiyası çərçivəsində respublikada fəaliyyət göstərən ümumtəhsil ocaqlarının şagird, tələbə, magistr və doktorantları ilə əlaqəli ərasəyə gətirilən layihələr haqqında müzakirələr təşkil edib.

Geniştərkibli iclası Abşeron YAP Gənclər Birliyinin sədri Elnur Mirzəyev açıb. O, rayonda gənclərlə bağlı aparılan islahatlardan və onların əhəmiyyətindən danışıb. 

Növbəti çıxış edən Abşeron Rayton Təhsil şöbəsinin məhsul əməkdaşı Elmira İsmayılova rayonda fəaliyyət göstərən məktəblərin şagirdlərinin bu ilki uğurlarından, o cümlədən yerli və beynəlxalq müsabiqələrdə əldə olunan nəticələrdən məlumat verib.

Toplantının nəticəsi olaraq gələcəkdə rayonda fəaliyyət göstərən təhsil ocaqlarının innovativ düçüncəli gənclərinin AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilə koordinasiyalı fəaliyyətinin, həmçinin AMEA-da yerləşən YTP-yə və SETM-ə mütəmadi olaraq elmi ekskursiyaların təşkili, eləcə də birgə elmi seminarların keçirilməsilə bağlı planlar müzakirə olunub.