Xırdalanda küçədə su borusu partlayıb.
“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, hadisə şəhərin 28-ci məhəllə adlanan ərazisində baş verib.
Görüntülərdən bəlli olur ki, suyun yüksək təzyiqi onun ətrafa yayılmasına səbəb olub.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, artıq əraziyə əməkdaşlar göndərilib: “Həm “Azərsu”, həm də RİH-in əməkdaşları ilə birgə yerində baxış keçirilib. Magistral su xəttində qəza olub. Suyun təzyiqi aşağı düşəndən sonra “Azərsu” əməkdaşları tərəfindən işə başlanılacaq. 1-2 saata bərpa işləri başa çatacaq”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, problem artıq həll olunur: “Xırdalan şəhəri 28-ci məhəllədə yanğın hidrantı yük maşını tərəfindən vurularaq qırılıb. Həmin yanğın hidrantı bizim şəbəkəyə qoşulu olduğu üçün belə bir hadisə baş verib. Məlumat daxil olan kimi, yönləndirilib. Artıq suyun verilməsi dayandırılıb. Axıntının qarşısı alınıb və təmir olunub. Yaxın 1 saat ərzində işlər yekunlaşacaq”.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər