Xırdalanda maşın vuran uşaqların vəziyyəti necədir?

xirdalanda-masin-vuran-usaqlarin-veziyyeti-necedir
Oxunma sayı: 4382

Təhsil Nazirliyi Xırdalanda maşın vuran iki şagirdlə bağlı açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirliyin sözçüsü Cəsarət Valehov bildirib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini Bakı City Hospitalda davam etdirirlər:

“Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik”.