Xırdalan sakinləri bildirirlər ki, atrıq bir saatdan çoxdur AAAF Park yaşayış kompleksi də daxil olmaqla, şəhərin bəzi ərazilərində elektrik verilişi dayandırılıb.
"Qafqazinfo"ya açıqlama verən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, külək səbəbindən elektrik enerjisi verilişi yalnız Masazır qəsəbəsində dayandırılılıb.
Qurum rəsmisi problemin artıq həll olunduğunu deyib:
"Masazırın bir hissəsində elektrik enerjisi kəsilmişdi. Artıq o da bərpa olunub. Ceyranbatan və Xırdalanda hər yerdə işıq var. Masazıra işığın verilməməsi isə yanğınla əlaqədar deyildi .Külək elektrik dirəyini aşırmışdı. Problem buradan qaynaqlanırdı" .
T. Mustafayev "AAAF Park" Yaşayış kompleksində bir saatdan çoxdur işıq olmamasına isə belə münasibət bildirib:
"Bizə bununla bağlı hər hansı çağırış edilməyib. AAAF Park özəldir, ola bilsin daxili problemdir".
AAAF Park-dan verilən məlumata görə, yaşayış kompleksində işığın yanmaması daxili problem deyil. Şirkətdən problemin ümumi olduğu bildirilib. Qeyd olunub ki, Xırdalan şəhərinin enerji təsərrüfatı həddindən artıq yüklənib. Kompleksdə işığın sönməsinin səbəbi də AAAF Parka gələn xətdə problem yaranmasıdır. Şirkətdən işığın tez yandırılması üçün lazımi köməyi etməyə hazır olduqları bildirilib. Məlumata görə, 1-1,5 saat ərzində işıqlar yanacaq.
Son xəbərlər
Son Xəbərlər