Xırdalanda partlayış - Yaralılar var+Yenilənib

xirdalanda-partlayis
Oxunma sayı: 10752

Xırdalanda yaşayış binasında partlayış baş verib.

"Qafqazinfo"nun məlumatına görə, partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. 

***

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

TƏBİB-dən verilən məlumata görə, Xırdalanda yaşayış binasında baş verən partlayışda dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

***

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır stabildir. 

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən 1-i barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 

1991-ci il təvəllüdlü bir nəfər isə natamam yanıq məhsullarıyla zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.