Xırdalanda qəbiristanlıqda kəsilmiş qadın ayağı tapıldı

xirdalanda-qebiristanliqda-kesilmis-qadin-ayagi-tapildi
Oxunma sayı: 3574

Xırdalan qəbiristanlığında kəsilmiş insan ayağı tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən saat 18:35 radələrində baş verib. İlkin baxış nəticəsində sol dizdən aşağı kəsilmiş ayağın qadın cinsinə mənsub şəxsə aid olması, həmçinin həkim təyinatlı amputasiya nəticəsində bədəndən ayrılması müəyyən edilib.

Ayaq müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin morquna təhvil verilib.

Xəbəri rus dilində oxuyun: Брат Рои женился - Видео

Купил торт в "Azza", попал в беду - 3 года ареста

Ayağın harada kəsilməsi, hansı şəraitdə qəbiristanlığa gətirilməsi və oraya kim tərəfindən atılması hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza